Remzi baş məşqçi təyin olundu
- 19:45
- 41
Uels millisinin və "Arsenal"ın sabiq futbolçusu Aaron Remzi baş məşqçi təyin olunub.
Rekord.az xəbər verir ki, o, "Oksford Yunayted"i çalışdıracaq. Bu haqda İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu, 35 yaşlı Remzinin baş məşqçi kimi ilk təyinatıdır. O, futbolçu karyerasını bu ilin aprel ayının 7-də başa vurub.
Qeyd edək ki, "Oksford Yunayted" ötən mövsümün yekununda Çempionşipi tərk edərək Liqa 1-ə yuvarlanıb.