"Fənərbağça" seneqallı futbolçu ilə gücləndi
- 21:00
- 39
"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi Seneqal millisinin üzvü Amara Diufu transfer edib.
18 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.
Diuf Seneqalın "Jenerasyon Fut" klubunun yetirməsidir. O, 2023-2026-cı illərdə bu klubun əsas komandasında oynayıb.