Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak etmək Azərbaycan təmsilçisi Fərman Həsənova motivasiya verir.

Rekord.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.


F.Həsənov UFC-nin ölkəmizdə təşkili ilə bağlı danışıb:


"Azərbaycanda UFC-nin olması idmançılar üçün böyük hadisədir. Öz vətənimdə döyüşmək mənə motivasiya verir. Qarşılaşmaya tam hazıram. Özümü yaxşı hiss edirəm, təzyiq yoxdur. Yalnız özümə fokuslanmışam. Rəqibə fikir vermirəm. Rəqibim yaxşı idmançıdır, onu təhlil etmişik. Amma qələbə bizimlə olacaq. Ümumiyyətlə, döyüşmək istədiyim xüsusi bir rəqib yoxdur".


O, UFC-də əsas hədəfinin çempionluq olduğunu sözlərinə əlavə edib: "Addım-addım buna çatacağıma inanıram".


Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Fərman Həsənov yarımağır çəkidə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək.