Çarlz Conson: "Bakıda azarkeşlər tərəfindən qarşılanmağım möhtəşəm idi"
- 16:15
- 36
ABŞ-dən olan MMA idmançısı Çarlz Conson Bakıda azarkeşlər tərəfindən qarşılanmağını möhtəşəm adlandırıb.
Rekord.az xəbər verir, o, bu barədə mətbuat konfransında açıqlama verib.
35 yaşlı idmançı gecə saatlarında ölkəyə gəldiyini söyləyib:
"Gecə Bakıya çatmışam. Məni bir sıra azarkeşlər qarşıladılar. Düşünürəm ki, bu, möhtəşəm idi".
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində qazaxıstanlı Asu Almabayevlə görüşəcək Ç.Conson rəqibinin güclü olduğunu söyləyib:
"Daha əvvəl də bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişəm. Qazaxıstanın idmançılarına hörmətlə yanaşıram. Onların döyüşçülərinə rəğbətim var".
O, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
"Yeməklərinizin dadına baxa bilməmişəm. Döyüşdən sonra bunu edəcəyəm. Bakıdakı insanlar çox mehribandır. Şəhəriniz də səliqəli və gözəldir".
Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.