Rafael Fiziyev: "Psixoloji və taktiki cəhətdən döyüşə hazıram"
- 19:15
- 38
Azərbaycanın MMA idmançısı Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində təcrübəsindən yararlanacaq.
Rekord.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib:
Döyüşçü rəqibinin boyunun hündür olduğunu söyləyib;
"UFC-də çox döyüş keçirmişəm. Karyeramda təcrübəmdən yararlanacağam. Öz güclü tərəflərimdən onun zəif cəhətləri üçün istifadə edəcəyəm. Beş raund döyüşmək daha yaxşıdır. Şənbə günü daha həyəcanlı olacaq. Həm psixoloji, həm də taktiki cəhətdən döyüşə hazıram".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.