Niderland və Polşanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Dünya çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, yarışın səkkizinci günündə daha 8 görüş baş tutub.

Günün gözlənilməz nəticəsi Braziliya-Yaponiya oyununda qeydə alınıb. Görüşün aşkar favoriti hesab olunan Braziliya Asiya təmsilçisi ilə bacarmayıb. 4 set davam edən matçda Yaponiya 3:1 (25:22, 25:19, 17:25, 25:20) hesabı ilə qələbə qazanıb.

Baş tutan digər qarşılaşmaların nəticələri aşağıdakı kimidir: 

Serbiya-Qazaxıstan 3:0; Çin-Çexiya 3:0; Bolqarıstan-Kanada 1:3; Kolumbiya-Argentina 2:3; ABŞ-Almaniya 3:0; Niderland-Belçika 1:3.

Qeyd edək ki, növbəti yarış günündə daha 9 oyun - Bolqarıstan-Qazaxıstan, Braziliya-Çin, Dominikan Respublikası-Tayland, Almaniya-Kanada, Puerto-Riko-Keniya, Cənubi Koreya-Xorvatiya, Kolumbiya-Çexiya, ABŞ-Serbiya və Polşa-Türkiyə qarşılaşmaları baş tutacaq.