Dana Uayt azarkeşləri “UFC Fight Night Baku” turnirini izləməyə dəvət etdi
- 21:00
- 33
UFC prezidenti Dana Uayt "UFC Fight Night Baku" turniri azarkeşlərinə çağırış edib.
Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Qurum rəhbəri azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq döyüşləri izləməyə çağırıb.
"Hər kəsə salam! UFC bu dəfə Milli Gimnastika arenasında! Biz yenə Azərbaycandayıq! Həmişə azarkeşlərə deyirəm, Bakı elə gözəldir ki, mütləq görməyə dəyər!" - , deyə o bildirib.
Xatırladaq ki, gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) qarşılaşacaq.
İkinci əsas döyüşdə isə orta çəkidə Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.