“Daha güclü “Karvan-Yevlax” görəcəyik” - Füzuli Məmmədov
- 17:30
- 32
“Karvan-Yevlax” bu gün Misli Premyer Liqasının 16-cı turunda “Neftçi”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin məşqçisi Füzuli Məmmədovun oyundan sonra mətbuat konfransı keçirilib. Məmmədov qələbə qazanmaq istədiklərini bildirib:
“Rəngli oyun olacağını bilirdik. “Neftçi”ni yaxşı təhlil etmişdik. Çox gərgin oyun oldu. Qələbə qazanmaq istəyirdik. Futbolçularım əzmkar mübarizə apardı. “Neftçi”ni təbrik edirəm. Edəcək bir şey yoxdur. Nə etmək olar, bu, futboldur. Oyunçularıma əzmkar oyuna görə “çox sağ ol” deyirəm. Yaxşı mübarizə apardıq. Amma sonda yenə səhvlər oldu. Təzyiqlərin sonunda buraxılan səhvlər bu nəticəyə gətirib çıxardı. Bunların üzərində işləməliyik. İnanıram ki, güclü “Karvan-Yevlax” görəcəyik.
Meydanda vaxt uzatmırdıq. Sadəcə, oyunun gedişində mikrozədələr olurdu, həkimlər meydana daxil olurdu. Heç kim bilərəkdən vaxt uzatmırdı.
Rəhbərliklə danışacağıq, qışda güclənməyə ehtiyacımız var. Görüşüb müzakirələr aparacağıq”.