İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.


O, Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.


Boksçu yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.


Qeyd edək ki, mundiala sentyabrın 14-də yekun vurulacaq.