Daha 7 komandaya texniki məğlubiyyət verildi
- 15:40
- 28
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
Region Liqasının “İmişli Bələdiyyəspor” - “İstiqlal” FK oyunu “İstiqlal” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “İstiqlal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Neftçala” FK - “Naxçıvan” FK oyunu “Naxçıvan” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Naxçıvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasının “Xəzər” (Ağcabədi) - “Ucar” FK oyunu “Ucar” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Ucar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasının MOİK - “Baku Sporting” oyunu MOİK komandasının ev sahibi komanda olaraq öhdəlikləri yerinə yetirmədiyinə (stadionla təmin etmədiyinə) görə baş tutmadığı üçün MOİK-ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Mübariz” FA - “Qartal” FK oyunu “Qartal” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Qartal”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Qızlar Liqasının “Şəfa” FK – “Ümid” (Gəncə) oyunu, “Ümid” (Gəncə) komandası oyuna qeyd olunan vaxtda gəlmədiyi üçün baş tutmadığına görə “Ümid”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-12 Qızlar Liqasında “Playmakers 189-190”– “Təhsil 8 İOEUGİM” oyununun 2-ci hissəsinin 13-cü dəqiqəsində “Playmakers 189-190” komandası meydanı tərk etdiyinə görə oyun yarımçıq dayandırıldığına görə “Playmakers 189-190” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.