
Dadaşov fərqləndi, komandası qalib gəldi
- 00:20
- 60
Renat Dadaşovun çıxış etdiyi "Motor” (Lublin) yoxlama görüşündə Yunanıstanın "Asteras" klubuna 4:2 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin forvardı 46-cı dəqiqədə fərqlənərək, hesabı komandasının xeyrinə 2:0 edib.
Dadaşov yeni mövsümdə Polşa çempionatının ilk iki turunda qol vura bilməyib.