İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

Rekord.az xəbər verir ki, bu barədə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkə hesabında yazıb.

O, CAS-ın müraciət üzrə cavabı iyulun 7-dək uzatdığını bildirib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu tarix artıq neçənci dəfədir dəyişdirilir.