
Bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görüldü
- 11:00
- 43
Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kristiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Rekord.az xəbər verir ki, bu, Portuqaliya çempionatının mükafatlandırma mərasimində açıqlanıb.
40 yaşlı futbolçunun bütöv bir dövrü müəyyənləşdirdiyi və dünya futbolunda silinməz iz qoyduğu bildirilib. Ronaldo mərasimdə iştirak etməyib. Lakin təşkilatçılar hücumçunun mükafatla birlikdə nitq söylədiyi videonu nümayiş etdiriblər.
Ronaldo ən nüfuzlu fərdi futbol mükafatı sayılan "Qızıl top"a 5 dəfə layiq görülüb. Bundan əlavə, portuqaliyalı futbol tarixində ən çox (943) qol vuran oyunçudur.