Azərbaycan Basketbol Liqasında 5-ci turun növbəti matçları bu gün baş tutacaq.


Rekord.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma keçiriləcək.


Əvvəlcə B qrupunda "Naxçıvan" "Quba" ilə üz-üzə gələcək. Görüş saat 14:00-da başlayacaq.


A qrupunda isə "Neftçi" NTD ilə qarşılaşacaq. Matçın start fiti saat 18:00-da səslənəcək.


Hər iki qarşılaşma Bakı İdman Sarayında təşkil olunacaq.


4 xalı olan "Neftçi" və NTD müvafiq olaraq 5-ci 6-cı yerlərdə qərarlaşıblar. "Naxçıvan" isə öz qrupunda 7 xalla ikinci, 4 xala malik "Quba" isə 6-cı yerdədir.


Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) üstələyib.