 
        Bu gün 5-ci turun daha iki oyunu baş tutacaq
- 12:00
- 51
Azərbaycan Basketbol Liqasında 5-ci turun növbəti matçları bu gün baş tutacaq.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
A qrupunda yer alan "Gəncə" "Şəki"ni qəbul edəcək. Meydan sahibləri 4 xalla beşinci, qonaqlar 5 xalla üçüncü pilədə qərarlaşıb.
B qrupunda mübarizə aparan "Sərhədçi" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 4 xalla altıncı, Bakı klubu isə 5 xalla beşincidir.
Hər iki görüş saat 19:00-da start götürəcək.
Tura noyabrın 2-də yekun vurulacaq. Ötən gün "Ordu" səfərdə "Lənkəran"ı məğlub edib - 91:76.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        