
“Bu elə bir oyundur ki, sözlə ifadə edə bilmirəm”
- 14:30
- 45
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" üzərində səfər qələbəsini sözlə ifadə etmək çətindir.
Rekord.az xəbər verir ki, bunu Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.
Müdafiəçi "Benfika" üzərində qələbənin unudulmaz olduğunu söyləyib:
"Bu, "Qarabağ" tarixinin unudulmaz oyunlarından biri idi. Hesabda 0:2 geriyə düşdükdən sonra bəlkə də heç kim inanmırdı. Amma biz inanırdıq. İnanıram ki, davamı gələcək".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"nı üstələyib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.