Ötən mövsümün sonunda "Turan Tovuz"la yeni müqavilə bağlamayan Alexandro Serranonun yenidən Tovuz klubunda oynayacağı məlum olub.

Rekord.az xəbər verir ki, daha öncə komandadan ayrılan bütün futbolçular kluba lazım  olmadığı üçün yola salınmışdısa, yalnız Serrano maaş məsələsində razılığa gəlinmədiyi üçün getmişdi.

Futbolçu əvvəl aldığından daha çox pul istəmiş, klub  isə bu şərti qəbul etməmişdi. Yeni razılaşmaya görə də futbolçu əvvəlkindən daha çox maaş alacaq. Lakin mayın sonunda tələb etdiyindən aşağı olacaq. Daha dəqiq desək, yeni razılaşmaya görə, Serrano yeni mövsümdə "Turan Tovuz"da ayına 30 min dollara yaxın  maaş alacaq.