Braziliyanın qadın futbolçulardan ibarət yığması Amerika Kubokunda rekorda imza atıb.


Rekord.az xəbər verir ki, komanda 9-cu dəfə turnirin qalibi adını qazanıb.


Turnirin finalında Braziliya yığması Kolumbiya ilə üz-üzə gəlib. Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə komandalar hərəyə 1 qol vurub.


Nəticədə penlatilər seriyasına qədər uzanan qarşılaşmada "sambaçılar" rəqibindən daha dəqiq olub – 5:4.