
“Bəzi legionerlər potensialından aşağı çıxış edir” - Azər Həşimov
- 19:00
- 42
“Karvan-Yevlax” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunun açılış matçında “İmişli” ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən və 0:3 hesabı ilə məğlub olan Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimovun oyundan sonra mətbuat konfransı keçirilib. Həşimov bəzi legionerlərin potensialından aşağı çıxış etdiyini bildirib:
“Standartdan qol buraxdıq. Daha sonra hücuma atılıb qol vurmaq istəsək də, rəqib bizi əks-hücumda tutub ikinci qolu vurdu. Əvəzetmələr etdik, geridönüş etmək istəsək də, alınmadı. Nəticədə, məğlub olduq.
Beş tur geridə qalıb. Bəzi legionerlər potensialından aşağı çıxış edir. Hardasa 3-4 futbolçu var ki, gözlədiklərimizi ala bilmirik. Amma görünür ki, potensialları var. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəklər.
Beş oyunda ardıcıl “11-lik”lə meydançaya çıxa bilmirik. Zədəlilərimiz olur. Buna görə də, sabit oyun nümayiş etdirə bilmirik.
Biz də istəyirik ki, öz meydanımızda oynayaq. AFFA-dan da gəlib baxış keçirdilər. Bu məsələ bizim işimiz deyil. Bununla bağlı rəhbərliyə sual ünvanlasaz, daha yaxşı olar”.