Beyləqanda boks üzrə rayon turniri keçirilib
- 12:45
- 30
"26 İyun - Silahlı Qüvvələr Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə rayon turniri Beyləqan Olimpiya İdman Kompleksində baş tutub.
Rekord.az xəbər verir ki, yarışın məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, sağlam həyat tərzi və bədən tərbiyəsinin təbliğinə nail olmaq, idmana marağı artırmaq və boks idman növünün inkişaf etdirilərək kütləviləşməsini təmin etməkdir.
Turnirin yekununda müvafiq yerləri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.