
“Beşiktaş” Konfrans Liqasında pley-offa yüksəldi, Zamiqin komandası...
- 01:51
- 38
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün 29 oyun keçirilib.
“Sabah”la “Araz-Naxçıvan”ın məğlub olaraq mübarizəni dayandırdığı gündə Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da avrokuboklarla vidalaşıb. Albaniya klubu evdə “Olimpiya”ya məğlub olub. Əliyev 23-cü dəqiqədə sarı vərəqə aldığı bu qarşılaşmanın 83-cü dəqiqəsində əvəzlənib. Digər azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” isə pley-offa vəsiqə qazanıb. Bolqarıstan təmsilçisi səfərdə 1:0 hesabıyla yendiyi “Kauno Jalgiris”i evdə də üstələyib – 2:0. Cəlal 90 dəqiqə meydanda olub.
“Beşiktaş” da səfərdə məğlub etdiyi “Sent Patriks”i doğma meydanda da yenərək pley-offa yüksəlib.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
14 avqust
Astana (Qazaxıstan) - Lozanna (İsveçrə) 0:2 (1:3)
Ararat (Ermənistan) - Sparta (Praqa, Çexiya) 1:2 (1:4)
Sabah (Azərbaycan) - Levski (Bolqarıstan) 0:2 (0:1)
Levadiya (Estoniya) - Differdanj (Lüksemburq) 1:3 (3:2)
Dyor (Macarıstan) - AİK (İsveç) 2:0 (1:2)
Hammarbü (İsveç) - Rusenborq (Norveç) 0:1 (0:0)
Omoniya (Kipr) - Araz-Naxçıvan (Azərbaycan) 5:0 (4:0)
Paks (Macarıstan) - Polesye (Ukrayna) 2:1 (0:3)
Şerif (Moldova) - Anderlext (Belçika) 1:1 (0:3)
Arda (Bolqarıstan) - Kauno Jalgiris (Litva) 2:0 (1:0)
Beytar (İsrail) - Riqa (Latviya) 3:1 (0:3)
Brondbü (Danimarka) - Vikinqur Reykyavik (İslandiya) 4:0 (0:3)
Vaduts (Lixtenşteyn) - Alkmar (Niderland) 0:1 (0:3)
AEK (Afina, Yunanıstan) - Aris (Kipr) 3:1 (2:2)
Beşiktaş (Türkiyə) - Sent Patriks (İrlandiya) 3:2 (4:1)
Çelye (Sloveniya) - Luqano (İsveçrə) 2:4 (5:0)
Makkabi (Hayfa, İsrail) - Rakov (Polşa) 0:2 (1:0)
Neman (Belarus) – Klaksvik (Farer adaları) 2:0, penaltilər 5:4 (0:2)
Yagelloniya (Polşa) - Silkeborq (Danimarka) 2:2 (1:0)
Spartak (Slovakiya) - Universitatya (Krayova, Rumıniya) 4:3 (0:3)
Dinamo (Tirana, Albaniya) - Hayduk (Xorvatiya) 3:1 (1:2)
Dandi Yunayted (Şotlandiya) - Rapid (Avstriya) 2:2, penaltilər 4:5 (2:2)
Linfild (Şimali İrlandiya) - Vikinqur (Farer adaları) 2:0 (1:2)
Austria (Avstriya) - Banik (Çexiya) 1:1 (3:4)
Eqnatiya (Albaniya) - Olimpiya (Sloveniya) 2:4 (0:0)
Hibernian (Şotlandiya) - Partizan (Serbiya) 2:3 (2:0)
Santa Klara (Portuqaliya) - Larne (Şimali İrlandiya) 0:0 (3:0)
Şemrok Rovers (İrlandiya) - Ballkani (Kosovo) 4:0 (0:1)
Virtus (San Marino) - Milsami (Moldova) 3:0 (2:3)