Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün 8 cavab oyunu keçirilib.

“Beşiktaş” ilk oyunda uduzduğu sabiq “Qalatasaray”lı Arda Turanın baş məşqçisi olduğu Donetsk “Şaxtyor”u ilə cavab görüşündə də bacarmayıb.

“Sabah”ı Avroliqadan kənarlaşdırmış “Çelye” də AEK səddini keçə bilməyib.

Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları

31 iyul

AEK (Kipr) - Çelye (Sloveniya) 2:1 (ilk oyun 1:1)
Hakken (İsveç) - Anderlext (Belçika) 2:1, penaltilər – 4:2 (0:1)
ÇFR Kluj (Rumıniya) - Luqano (İsveçrə) 1:0 (0:0)
Şaxtyor (Donetsk, Ukrayn) - Beşiktaş (Türkiyə) 2:0 (4:2)
Utrext (Niderland) - Şerif (Moldova) 4:1 (3:1)
Braqa (Portuqaliya) - Levski (Bolqarıstan) 1:0 (0:0)
Hibernian (Şotlandiya) - Midtyulland (Danimarka) 1:2 (1:1)
Legiya (Polşa) - Banik (Çexiya) 2:1 (2:2)