“Benfika” “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı
- 17 Sen 2025 10:45
- 126
Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Bruno Laje ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.
O, bunun üçün təəssüfləndiyini bildirib.
Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.