“Bayern”nin yarımmüdafiəçisi Avstriyada ilin ən yaxşı futbolçusu seçildi
- 17:00
- 35
Almaniyanın "Bayern" klubunun yarımmüdafiəçisi Konrad Laymer Avstriyada ilin ən yaxşı futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, bu barədə Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Yerli çempionatda iştirak edən klubların məşqçiləri arasında keçirilən səsvermədə 28 yaşlı Laymer 51 xal toplayıb.
İkinci yeri 2024-cü ildə bu mükafatı almış "Leyptsiq"in (Almaniya) üzvü Kristof Baumqartner (16 xal) tutub. Belqradın "Srvena Zvezda" (Serbiya) komandasının hücumçusu Marko Arnautoviç (15 xal) üçüncü olub.
Qeyd edək ki, Konrad Laymer ötən mövsüm "Bayern"in heyətində bütün turnirlərdə 46 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib. O, komanda ilə Almaniya çempionluğunu qazanıb.