Almaniyanın "Bayern" klubunun futbolçusu Aleksandar Pavloviç əməliyyat olunub.


Rekord.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.


21 yaşlı yarımmüdafiəçi göz yuvasındakı problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub. Pavloviç məşq zamanı zədə alıb. Oyunçunun bərpa müddəti açıqlanmayıb.


Almaniya millisinin üzvü 2023-cü ildə "Bayern"in əsas komandasına cəlb edilib.