
“Bayer”dən növbəti transfer
- 21 Avq 2025 21:00
- 39
“Bayer” İspaniyanın "Sevilya" komandasının müdafiəçisi Loik Badeni transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Almaniya klubu bu transfer üçün 25 milyon avro ödəyib.
2024/25 mövsümündə Bade 33 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.