Məşhur basketbolçu, rəsmi Şöhrət Zalında yer alan Şakil O'Nil NBA-da çıxış edən “Orlando Magic” klubunun sahib olmağa hazırdır.

Rekord.az xəbər verir ki, “Əgər Devos ailəsi klubu satmaq istəsə, biz onu elə indi almağa hazırıq. Bu birbaşa təklifdir. Əgər “Magic”i satmağa hazırsınızsa, klub onu növbəti səviyyəyə qaldıracaq insanlara verilməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Şak 1992 -1996-cı illərdə Orlando komandasının üzvü olub. O, artıq 2013-cü ildən 2022-ci ilə qədər “Sakramento” klubuna ortaq sahiblik edib.

Devos ailəsinə gəlincə, o, 2011-ci ildən “Orlando Magic”in sahibidir.