Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu keçiriləcək.


Rekord.az xəbər verir ki, bu gün B qrupunda yer alan komandalar üz-üzə gələcəklər.


İlk olaraq "Quba" "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.


"Sumqayıt" isə "Ordu"nun qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq.


"Ordu" B qrupunda 6 xalla liderdir. "Quba" 5 xalla üçüncü, "Lənkəran" 4 xalla dördüncü, "Sumqayıt" isə 3 xalla sonuncu - altıncı sıradadır.


Ötən gün A qrupunun oyununda "Sabah" "Gəncə"ni məğlub edib - 87:68.