
“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi
- 12:40
- 41
"Barselona"nın sabiq futbolçusu Dmitri Çiqrinski karyerasını bitirib.
Rekord.az xəbər verir ki, bu barədə ukraynalı müdafiəçinin agenti Aleksandr Pankov bildirib.
38 yaşlı arxa xətt oyunçusu 2024-cü ilin yayında "Şaxtyor"dan (Ukrayna) ayrıldıqdan sonra klubsuz idi. O, Yunanıstanın "Aris" klubunun baş məşqçisi Manolo Ximenesin köməkçisi olacaq.
Çiqrinski 2009-2010-cu illərdə "Barselona"da forma geyinib. Karyerasının böyük hissəsini "Şaxtyor" və AEK-də (Yunanıstan) keçirib. O, Ukrayna millisinin heyətində 29 oyunun iştirakçısı olub.