
“Barselona”nın futbolçusu əməliyyat olundu
- 16:20
- 35
“Barselona”nın futbolçusu Qavi əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi meniskindən əməliyyat edilib. Onun nə vaxt sıraya dönəcəyi ilə bağlı hələlik məlumat verilməyib.
Qavi bu mövsüm La Liqada 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.