
“Barselona”nın futbolçusu 3 həftəlik sıradan çıxıb
- 22 Sen 2025 19:00
- 51
“Barselona” rəsmi saytında açıqlama yayaraq, yarımmüdafiəçi Fermin Lopesin zədələndiyini təsdiqləyib.
Rekord.az xəbər verir ki, ispaniyalı futbolçu La Liqanın bazar günü “Xetafe” ilə oyununda (3:0) ayağının sol tərəfdəki çanaq–bel əzələsindən xəsarət alıb.
Müayinə nəticəsində Lopesin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Hazırda kataloniyalılar 5 turdan sonra 13 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Real”dan 2 xal geri qalır. Komanda La Liqadakı növbəti oyununu sentyabrın 25-də səfərdə “Ovyedo”ya qarşı keçirəcək.