 
        “Barselona”da yeni müqavilə
- 29 Sen 2025 21:00
- 122
"Barselona" futbolçusu Mark Bernalla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2029-cu ilin yayınadək nəzərdə tutulub.
Bernal cari mövsüm La Liqada iki matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        