“Barselona” portuqal müdafiəçini istəyir
- 12:30
- 26
“Barselona” qış transfer pəncərəsi ərəfəsində müdafiə xəttini gücləndirmək üçün variantları araşdırmaqda davam edir.
Rekord.az xəbər verir ki, Kataloniya klubu münasib qiymətə keyfiyyətli futbolçu tapmağı hədəfləyir.
La Liqa təmsilçisinin maraq dairəsinə Almaniyanın “Union Berlin” klubunda çıxış edən portuqaliyalı müdafiəçi Dieqo Leyte düşüb.
Leyte “Barselona”nın tələblərinə uyğun hesab olunur və yanvarda transfer oluna bilər.
Yanvarın 23-də 27 yaşını qeyd edəcək Leytenin “Union Berlin”lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. O, Portuqaliya millisinə 2 dəfə dəvət alsa da, hələlik əsas yığmada debüt etməyib.