İspaniya təmsilçisi “Barselona” XXI əsrdə klub rekorduna imza atıb.


Rekord.az xəbər verir ki, komanda buna La Liqanın 2-ci turunda “Levante”yə qalib gəldiyi matçda nail olub.


Kataloniyalılar XXI əsrdə ilk dəfə yerli çempionat oyununun fasiləsində 0:2 hesabı ilə geridə olsalar da, qələbə qazanıblar.


Daha əvvəl 1 qarşılaşma heç-heçə, 12 görüş məğlubiyyətlə yekunlaşıb.


Qeyd edək ki, “Barselona” “Levante”ni 3:2 hesabı ilə üstələyib.