Balakən rayonunda velosipedçilərlə görüş keçirilib.

Rekord.az xəbər verir ki, tədbir Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru və Balakən Olimpiya İdman Kompleksi tərəfindən birgə təşkil olunub.

Tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri iştirak edib, Balakən rayonundan olan gənc velosipedçilərin məşq prosesini yaxından izləyiblər.

Tədbir çərçivəsində yeni yaradılacaq Velosiped Akademiyası üçün seçimlər aparılıb, perspektivli idmançıların müəyyənləşdirilməsi istiqamətində qiymətləndirmələr həyata keçirilib. 

Eyni zamanda iştirakçılar arasında 100 metrlik sprint yarışı təşkil olunub. Yarış zamanı velosipedçilər öz sürət və hazırlıq səviyyələrini nümayiş etdiriblər.