Bu gün mətbuatda "Baku Sportinq"in baş məşqçi Elman Sultanovla yollarını ayırmasına dair məlumat yayılıb.

Rekord.az məsələ ilə bağlı I Liqa təmsilçisinin mətbuat xidmətindən münasibət öyrənib.

Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov yayılan məlumatı təkzib edib: "Səhv  məlumatdı, qətiyyən belə şey yoxdur. Elman Sultanov hazırda işinin başındadır və işinə davam edir".

Qeyd edək ki, "Baku Sportinq" bu yaxınlarda Sultanovla 6 illik müqavilə imzalayıb.