«Bakı» Futbol Klubunun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən keçmiş bazası artıq tamamilə sökülüb.

Rekord.az xəbər verir ki, sportinfo.az-ın əməkdaşı həmin ərazidə olub və qurğunun son halına şahidlik edib.

Əsas və yardımçı meydançalardan əsər-əlamət qalmayıb, həmçinin akademiya binasıı, istilxana və digər obyektlər yerlə bir edilib. Ərazi başdan-başa xarabatlığa çevrilib.

Bir müddət sonra bura tikinti meydançasına dönəcək. Hər halda Türkiyə şirkəti keçmiş bazada texniki avadanlıqlar yerləşdirib. Gələn aydan etibarən yaşayış kompleksinin salnmasına hazırlıq gedir.