“Bakı–Xankəndi” yarışının iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcək”
- 17:20
- 28
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışında iştirak edən 24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək.
Rekord.az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Turnirin Təşkilat Komitəsinin də sədri olan funksioner yarışın yaxşı keçdiyini söyləyib:
"Azərbaycanın hər bölgəsində gözəl mənzərə var. Yarış yaxşı keçir. Təhlükəsizlik tam təmin edilib. Bu turnirdə iştirak edən 24 komandanın hər biri gələcəkdə buraya yenidən gəlmək istəyəcəklər. Onlar da ölkəmizə heyran qalıblar. Medalçıları təbrik edirəm".
S. Ələkbərov velosiped idman növünün inkişafı üçün işlər görüldüyünü sözlərinə əlavə edib:
"Həvəs olan yerdə bizsiz də işlər gedir. Kəndlər var ki, maşından istifadə etmirlər. Yalnız velosiped sürürlər. 7-8 ay ərzində rayonlarda velosiped bölmələri yaratmışıq. Velosipedlə təmin etmişik. Uşaqlar cəlb olunur. Gədəbəydə, Qəbələdə, Şamaxıda bölmələr var. Qazaxda da nəzərdə tutulur. Maraq olduqca böyükdür".