Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.


Rekord.az xəbər verir ki, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.


Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.