Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olundu
- 18:30
- 35
Azərbaycan atleti Kənan Vəliyev 2 il müddətinə diskvalifikasiya olunub.
Rekord.az Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, idmançı antidopinq qaydalarının pozulmasında təqsirli bilinib.
K.Vəliyevə qarşı irəli sürülən pozuntu idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək (2.3-cü maddə) ilə bağlıdır.
Qeyd edək ki, sanksiyanın qüvvədə olma müddəti 2026-cı il aprelin 15-dən 2028-ci il aprelin 15-dək nəzərdə tutulub.