"Neftçi" FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək
- 12:40
- 35
"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxacaq.
Rekord.az xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi 2-ci turda Latviyanın VEF kollektivini qəbul edəcək.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində, saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.