
“Azərbaycanla matçda əsas olan qələbə qazanmaq idi”
- 01:43
- 47
İslandiya millisi Azərbaycanla matçdan öncə qələbə qazanmağı hədəfləyib.
Rekord.az xəbər verir ki, bunu futbol üzrə İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson mətbuat konfransında deyib.
Mütəxəssis Azərbaycan yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Əsasən, qələbə barədə düşünürdük.
Yaxşı oyun sayəsində qalib gəldik. Komandamın oyunundan çox razı qaldım. Hesaba baxmayaraq, bu işi görmək kifayət qədər zəhmət tələb etdi".
İslandiya - Azərbaycan görüşü ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib. Millimiz növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna yığmasına qarşı keçirəcək.