Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib.

 

Rekord.az xəbər verir ki, turnirdə fərdi neytral idmançılar (AIN) daxil olmaqla 6 ölkənin beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən 11 təmsilçisi mübarizə aparıb.

 

Yarışda Azərbaycanı fiqurlu konkisürən Veronika Jilina təmsil edib.

 

O, yarışın nəticəsinə əsasən 193 xal toplayaraq yekun sıralamada 6-cı pillədə qərarlaşıb.