Cəlal oynadı, komandası qalib gəldi
- 19:39
- 27
Rumıniya Super Liqasında 8-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda "Korvinul" komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 54-cü dəqiqədə meydana daxil olub.
Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Petrolul" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.