"Səbail" Qubanı təmsil etməklə bağlı qərar verib.

Rekord.az xəbər verir ki, hətta rəhbərlik bu rayonda olub azarkeşlərlə də görüşüb.

Lakin bütün bunlara baxmayaraq, köç yubanır. Komanda 2-ci turda "Mingəçevir"i Binədə qəbul edəcək. 

Əldə etdiyimiz məlumata görə, komanda köçə qədər "Səbail" adından rəsmən imtina etməli və "Quba" kimi təqdimat keçirməlidir. Bütün bunların isə oktyabra kimi həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda Quba Olimpiya İdman Kompleksinin qazonu da tam qaydaya salınmalıdır. Ümumiyyətlə isə komandanın oktyabrın ilk həftəsindən Qubaya köçəcəyi gözlənilir.