Təmsilçilərimiz qitə birinciliyində mübarizəni dayandırdı
- 20:25
- 21
Çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında Azərbaycan komandalarının çıxışı başa çatıb. "Rekord.az" xəbər verir ki, sentyabrın 2-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən qitə birinciliyində Azərbaycan həm qızlar (Səbinə Əlizadə və Leyla Əliyeva) həm də oğlanların (İbrahim Məmmədov və Muhamməd Aslanlı) yarışında təmsil olunub.
Hər iki cüt mübarizəyə təsnifat mərhələsindən başlayıb.
Səbinə Əlizadə/Leyla Əliyeva cütü təsnifat mərhələsində Portuqaliya təmsilçilərinə (0:2) məğlub olaraq mübarizəni dayandırıb.
İbrahim Məmmədov və Muhamməd Aslanlı isə təsnifat və əsas mərhələni uğurla keçərək play-off mərhələsinə yüksəliblər. Ötən Avropa çempionatında 26-cı yeri tutan təmsilçilərimiz bu dəfə daha uğurlu çıxış edərək 9 pillə irəliləməyi bacarıblar. Belə ki, 33 ölkədən 40 komandanın mübarizə apardığı yarışda təmsilçilərimiz turniri 17-ci pillədə başa vurublar.
U-20 Avropa çempionatı (oğlanlar)
Təsnifat mərhələsi
Azərbaycan - Serbiya 2:0 (21:6, 21:11)
Əsas mərhələ
Azərbaycan - Finlandiya 2:1 (14:21, 21:18, 15:10)
Norveç - Azərbaycan 2:1 (19:21, 21:14, 15:9)
İngiltərə - Azərbaycan 2:0 (21:14, 21:18)
Play-off
Azərbaycan - Polşa 0:2 (17:21, 20:22)