Azərbaycan millisi Gürcüstan yığmasına məğlub oldu
- 21:52
- 23
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ilk yoldaşlıq oyununu keçirib.
rekord.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında ikinci yoldaşlıq oyunu sentyabrın 9-da saat 11:00-da keçiriləcək.