Qadın voleybolçular arasında Avropa çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, qitə birinciliyinin qalibi Türkiyə olub.

Bu gün İstanbulda baş tutan finalda İtaliya və Türkiyə qarşılaşıb. Gərgin keçən bu oyunda Türkiyə 3:2 hesabı ilə qalib gəlib və Avropa çempionu olub. İtaliya gümüş medal, Serbiya bürünc medal qazanıb. Polşa isə Avropa dördüncüsü olub