Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli Kosovo çempionatında het-trik edib.

Rekord.az xəbər verir ki, onun formasını geyindiyi “Malışeva” Kosovo çempionatının 4-cü turu çərçivəsində “Qilyani”ni qəbul edib.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. Matça start heyətində başlayan İsgəndərli 3 qola imza atıb. 

Bu, onun yeni komandasında ilk qolları olub.