Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Araz-Naxçıvan" "Qarabağ"a 2:3 hesabı ilə məğlub olub.

Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Zaur İsmayılov oyundan sonra matç barədə fikirlərini bölüşüb:

"Rəqibi təbrik edirəm. Maraqlı və gərgin oyun keçdi. Erkən qol buraxdıq, ikinci hissədə fərqi minimuma endirsək də, bərabərlik qolunu vura bilmədik. "Neftçi" ilə matçda da 2 qol buraxdıq və sonra toparlana bilmədik. Çempionatda ilk qollarımızı vurduq. Bu amil də sevindiricidir. "Qarabağ"a qarşı belə oyunumuz növbəti matçlar üçün stimuldur".